Modern.az

Modern.az-ın yazısı Ukrayna və Moldova mətbuatında - FOTOLAR

Modern.az-ın yazısı Ukrayna və Moldova mətbuatında - FOTOLAR

7 Aprel 2021, 17:26

Modern.az saytında aprelin 5-də “Ermənistandakı “İsgəndər-E” kompleksləri “M” ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub” – başlıqlı məqalə böyük maraqla qarşılanıb. Azərbaycanın Şuşa şəhərinə “İsgəndər-M” taktiki raket kompleksindən atəş açılması faktına həsr olunan məqalədə toxunulan mövzunun beynəlxalq əhəmiyyəti nəzərə alınaraq o, Ukrayna və Moldova mediasında da işıq üzü görüb.

 

Moldovanın Tribuna.md (//tribuna.md/ru/2021/04/06/ru-в-армении-комплексы-искандер-э-был/) və Ukraynanın Rupor.com.ua (//rupor.com.ua/news/v-armenyy-kompleks-yskander-b-ly-zamenen-na-m-skandal/)  xəbər saytları həmin məqaləni “В Армении комплексы «Искандер-Э» были заменены на «М» - СКАНДАЛ» başlığı ilə oxucularına təqdim edib.

Modern.az sayının baş redaktorunun 1-ci müavini Vüqar İsmayılovun qələmə aldığı məqalədə qaldırılan məsələnin aktuallığı nəzərə alınaraq məqalənin bir neçə xarici ölkə mediasında da işıqlandırılması gözlənilir. Bundan başqa, “Ermənistandakı “İsgəndər-E” kompleksləri “M” ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub” başlıqlı məqalə tərcümə olunaraq tezliklə ingilisdilli mediada da dərc olunacaq.

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?