Modern.az

Əflatun Amaşov Mətbuat Şurasının qurultayının vaxtından danışdı

Əflatun Amaşov Mətbuat Şurasının qurultayının vaxtından danışdı

Media

14 İyun 2013, 13:54



Mətbuat Şurasının növbəti qurultayının yaxın vaxtlarda keçiriləcəyi barədə sözügedən qurumun sədr müavini Müşfiq Ələsgərli fikir söyləsə də, qurultayın nə vaxt baş tutacağını deməyib.

Bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına açıqlama verib. O qeyd edib ki, Şuranın qurultayının keçirilməsi üçün ilk növbədə İdarə Heyəti üzvlərinin yığışması lazımdır.

“Qurultayın nə vaxt keçiriləcəyinə İdarə Heyətinin üzvləri qərar verəcəklər. Bunun üçün onlar iclas keçirib, həmin iclasda qərar qəbul etməlidirlər. Bu haqda daha heç nə deyə bilmərəm” deyə MŞ sədri vurğualyıb.

Mətbuat Şurasının sonuncu – 5-ci qurultayı 2008-ci il iyunun 20-də keçirilib.

Aytən ƏLİYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə