Modern.az

AJB-nin ağırlığı Şahin Babayevin üzərində idi - Elçin Şıxlı

AJB-nin ağırlığı Şahin Babayevin üzərində idi - Elçin Şıxlı

Media

12 Noyabr 2025, 11:47

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı sədr müavini Şahin Babayevin ürəktutması səbəbindən ölümü ilə bağlı Modern.az-a danışıb.

O qeyd edib ki, Ş.Babayevin əvvəllər səhhəti ilə bağlı şikayəti olmayıb:

“Ölümü gecə saatlarında, qəfil oldu. Xəstəxanaya təcili aparılıb. Həkimlər əlac edə bilməyiblər. Sağlamlığından şikayət edən adam deyildi. Təzyiqi var idi”.

AJB sədri deyib ki, təşkilati işlərin ağırlığı Şahin Babayevin üzərində idi:

“Çalışacağıq ki, fəaliyyətimizdə durğunluq yaranmasın”.

Cavid Zahidoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR