Modern.az

MEDİA-dan qəzada ölən jurnalistin ölümü ilə bağlı başsağlığı

MEDİA-dan qəzada ölən jurnalistin ölümü ilə bağlı başsağlığı

Media

13 Noyabr 2025, 14:22

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.

Modern.az xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ