"Səs” qəzetinin bağlanması barədə KİV-də yayılan xəbərlərdən sonra bu Media Qrupunun rəhbəri Bəhruz Quliyev əlavə açıqlama verib.
Modern.az-ın məlumatına görə, B.Quliyev bildirib ki, "Səs" qəzeti MEDİA-nın qərarından sonra gələn ilin yanvarından həftədə bir dəfə nəşr olunacaq. O, kollektivin də azaldılmasına zərurət yarandığını qeyd edib.
"Yanlış anlaşılmasın, "Səs" Media Qrupu fəaliyyətin davam etdirir", - B.Quliyev bildirib.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) bildirib ki, bundan sonra qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstəriləcək. Bu məqsədlə onlara aylıq 5000 (beş min) manat məbləğində vəsait ödəniləcək, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstəriləcək.
***
“Səs” qəzeti bağlanır.
Modern.az xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.
O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib.
Bəhruz Quliyevin sözlərinə Media Agentliyinin qərarını kollektivlə son dəfə edib və qəzeti bağlamağa razılaşıblar.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün dünən növbəti müsabiqə elan edib.
Müsabiqə elanında bildirilib ki, Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstəriləcək. Bu məqsədlə onlara aylıq 5000 (beş min) manat məbləğində vəsait ödəniləcək, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstəriləcək.