Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 17 il ötür.
Modern.az xəbər verir ki, 2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Redaksiyanın yaydığı məlumatda deyilir ki, ünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illlər Qol.az Azərbaycanın ən çox oxunan idman portalları siyahısında liderliyini qoruyub saxlamaqdadır.
Gün ərzində orta hesabla 22-25 mindən çox İP-dən idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz Qol.az-a müraciət olunur.
Qeyd edək ki, MEDİA Agenntliyinin reyestrində olan QOL.az Azərbaycan Mətbuat Şurasının da üzvüdür və
“5 Media" şirkətinin media layihələrindən biridir.