Modern.az

“525-ci qəzet” 33 yaşında...

“525-ci qəzet” 33 yaşında...

Media

17 Noyabr 2025, 09:44

Bu gün "525-ci qəzet”in 33 yaşı tamam olub. 

Modern.az xəbər verir ki, 1992-ci ildə təsis olunan “525-ci qəzet”, illər boyu peşəkar jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilib. Qəzetin məqsədi oxuculara həm aktual, həm də analitik məzmun təqdim etmək olub. Bu illər ərzində “525-ci qəzet” Azərbaycanın mətbuat tarixinə imza atan önəmli hadisələrin və proseslərin işıqlandırılmasında aparıcı mövqedə dayanıb. Jurnalistikanın müxtəlif janrlarında müvəffəqiyyətlə çıxış edən bu nəşr, həm də gənc jurnalistlərin inkişafında əvəzsiz rol oynayıb.

1992-ci il 17 noyabrda ilk dəfə Rəşad Məcidin təsisçiliyi ilə nəşrə başlayan qəzetin adının seçilməsi maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda başqa nəşrin qeydiyyatdan keçdiyi məlum olub. Ona görə də rəhbərlik yeni ad fikriləşməli olub. Bu zaman Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar “525-ci qəzet” adını götürməyə qərar veriblər.

Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

Modern.az “525-ci qəzet”çiləri  təbrik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub