Modern.az

"ARB 24" 7 yaşını qeyd edir

"ARB 24" 7 yaşını qeyd edir

Media

27 Noyabr 2025, 14:32

Bu gün "ARB 24" telekanalının ümumölkə yayımçısı kimi fəaliyyətə başlamasının 7 ili tamam olur.

Modern.az xəbər verir ki, telekanal 27 noyabrdan etibarən Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb.

Ötən müddətdə "ARB 24" telekanalı hazırladığı verlişlərlə tamaşaçıların rəğbətini qazanmağı bacarıb və ciddi auditoriya toplaya bilib.

Ölkənin ilk biznes-xəbər kanalı olan "ARB 24" televiziyası, iqtisadiyyat və biznes sahəsində dünyada və ölkədə baş verən yenilikləri mütəmadi olaraq izləyicilərinə çatdırır.

Kanal əməkdaşları 24 saat yayım müddətində öz tamaşaçılarına səmərəli xəbərlər və marifləndirici verlişlər təqdim edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı