Şimali Kipr Türk Respublikasının (ŞKTR) nəqliyyat və infrastruktur naziri Erhan Arıklı bu gün MediaTürk TV-nin xüsusi qonağı olacaq.
Modern.az xəbər verir ki, Azərbaycan əsilli nazir “Net Baxış 360°” analitik proqramında Serdar Şəngülün suallarını cavablandıracaq.
Proqramda Şimali Kipr Türk Respublikasında həyata keçirilən yeni layihələr, nəqliyyat və infrastruktur sahəsində aparılan islahatlar, eləcə də Azərbaycan–ŞKTR münasibətlərinin hazırkı mərhələsi geniş şəkildə müzakirə olunacaq.
Nazir Arıklının MediaTürk TV-də çıxışı xüsusilə Azərbaycan ictimaiyyəti üçün də böyük maraq doğurur. Çünki həm kökləri, həm də Türk dünyasına yönəlik mövqeyi ilə tanınan Arıklının açıqlamaları regionda gedən proseslərə işıq tutması baxımından önəm daşıyır.
Program bu gün MediaTürk TV ekranlarında canlı yayımlanacaq.