Modern.az

Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var - Əhməd İsmayılov

Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var - Əhməd İsmayılov

Media

18 Dekabr 2025, 12:46

Dezinformasiyanın və ölkələrimizn informasiya mühitinə qarşı yönələn təhdidlərin qarşısını almaq üçün sınaqdan çıxmış ən yaxşı üsul cəmiyyətlərin media savadlılığını artırmaqdan ibarətdir.

Modern.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 18-də Ankara şəhərində keçirilən “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu”nda çıxışı zamanı səsləndirib.

“Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir. Bu baxımdan qardaş Türk dövlətləri ilə birgə əməkdaşlığa, fikir mübadiləsinə hazırıq. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var. Media subyektlərimiz öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə səsimizin daha güclü eşidiləcəyinə inanırıq”, - deyə Ə.İsmayılov vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır