Modern.az

“AnewZ” Vardanyan haqqında film təqdim etdi

“AnewZ” Vardanyan haqqında film təqdim etdi

Media

19 Dekabr 2025, 19:13

“AnewZ” telekanalının Ruben Vardanyandan bəhs edən “The oligarch’s design” sənədli filminin rəsmi nümayişi keçirilir.

 

Modern.az xəbər verir ki, filmin təqdimatından əvvəl çıxış edən “AnewZ” TV-nin icraçı direktoru Rüfət Həmzəyev çəkiliş prosesinin 11 ay davam etdiyini və film üzərinə 100-ə yaxın əməkdaşın çalışdığıını qeyd edib.

 

“Çəkilişlər 8 ölkədə aparılıb, onların içərisində Ermənistan da var. Biz Ermənistanda üç müsahib danışdırmışıq”.

 

Rüfət Həmzəyevin sözlərinə görə, bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün parametrlərini özündə əks etdirir. 

 

“Burada humanist fəaliyyət adı altında siyasi təsir gücünün nümayişi kimi məqamlara toxunulub - təbii ki, söhbət Ruben Vardanyanın fəaliyyətindən gedir. Yəni onun yaratmaq istədiyi obraz var və əməllərinin ortaya çıxardığı bir başqa obraz da.Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün prinsiplərinə əməl edib. Çalışmışıq ki burada birtərəfli baxış olmasın. Vardanyanı müsbət tərəfdən görmək istəyənlər üçün də filmdə nələrsə görmək mümkündür. 8 yerdə çəkiliş aparmışıq orada Ermənistan da var. Vardanyanın yaxınları, tərəfdarları da filmdə çıxış edib. Filmdə 100-ə yaxın peşəkar heyət iştirak edib. İık gündən qoyduğumuz hədəf o idi ki birtərəfli şərh olmayacaq”- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır