Bu gün "MediaTürk" TV ekranlarında yayımlanan “Net Baxış 360 Dərəcə” proqramının qonağı Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyətçi Türk Partiyasının (CTP) millət vəkili, hüquqşünas Ürün Solyalı olacaq.
Proqramın aparıcısı Serdar Şengül ilə keçiriləcək verilişdə, son günlərdə Yunanıstan, Cənubi Kipr və İsrail arasında artan hərbi əməkdaşlıqlar fonunda Kipr məsələsinin gələcəyi, bölgədəki geosiyasi proseslər və mümkün ssenarilər ətraflı şəkildə müzakirə olunacaq.
Regional təhlükəsizlik balansları və Şərqi Aralıq dənizində baş verən son hadisələrin dəyərləndiriləcəyi proqram, gündəmi yaxından izləyən tamaşaçılar üçün mühüm mesajlar verəcək.
Yayım vaxtı: Bu gün, saat 17:00 "MediaTürk" TV
Serdar şengül