Modern.az

Media subyektləri üçün vergi güzəştinin müddəti UZADILDI

Media subyektləri üçün vergi güzəştinin müddəti UZADILDI

Media

1 Yanvar 2026, 13:08

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatıb. Bu müddət daha 3 il uzadılıb.

Beləliklə, bu gündən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ