Modern.az

Bu telekanallara 65 milyon manata yaxın pul AYRILIB

Bu telekanallara 65 milyon manata yaxın pul AYRILIB

Media

5 Yanvar 2026, 15:36

Media vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə bu il 64,8 milyon manat ayrılması nəzərdə tutulub. 

Modern.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Bildirilib ki, mədəniyyətimizin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, tarixi və mədəni irsin təbliği, teatr sahəsinin  inkişaf  etdirilməsi  tədbirlərinin maliyyələşdirilməsinə 10,9 milyon manat xərclənəcək.  

Qeyd edilib ki, bu vəsaitin 1,2 milyon manatı teatrın davamlı inkişafının təmin edilməsinə, 500 min manatı teatrlarda tamaşaların hazırlanmasına, 1 milyon manatı dünyanın nüfuzlu televiziya kanallarında, informasiya portallarında  Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı verilişlərin, reklam çarxlarının hazırlanması və  yayımlanmasına, 8,2 milyon manatı isə Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş tədbirlərinə yönəldiləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ