Modern.az

Azərbaycanda qəzetlər bahalaşdı

Azərbaycanda qəzetlər bahalaşdı

Media

6 Yanvar 2026, 11:08

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.

Modern.az xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.

Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.

60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.

MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi. (Mənbə “Trend”)

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır