Modern.az

Azərbaycanda bu qəzet və jurnal BAĞLANDI

Azərbaycanda bu qəzet və jurnal BAĞLANDI

Media

7 Yanvar 2026, 11:06

Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Mülkiyyət" qəzetinin və "Daşınmaz Əmlak Bülleteni" jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb.

Modern.az xəbər verir ki, qəzet və jurnalın təsisçisi "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana - Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 139, mənzil 139 ünvanına təqdim edə bilərlər.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirilib ki, qəzet və jurnal uzun müddətdir çap olunmur:

"Hazırda bununla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir". (Mənbə Oxu.az)

Məşhur Mülkiyyət qəzeti ləğv olunur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır