Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarının beş əməkdaşına müsahibə verib.
Dövlət başçısından müsahibə alan telejurnalistlərdən biri Azərbaycanda ingilis dilində fəaliyyət göstərən beynəlxalq AnewZ telekanalının əməkdaşı Nadia Cani olub.
Nadia Cani jurnalist kimi əsasən Britaniyada fəaliyyət göstərib. 9 illik təcrübəsi olan Nadia BBC News, ITV, Sky News, The Telegraph və Channel 4 News kimi nüfuzlu ingilis media şirkətlərində çalışıb.
O, Azərbaycanda 2024-cü ildə fəaliyyətə başlayan AnewZ beynəlxaql ingilisdilli televiziya kanalıda çalışmağa başlayıb.
Modern.az-ın məlumatına görə, Nadia Cani Prezident İlham Əliyevlə müsahibədə iştirak etməyin onun üçün şərəfli missiya olduğunu bildirib:
“Bu, Prezident İlham Əliyevdən müsahibə almaq üçün mənə verilən ilk belə fürsət idi. Çox həyəcanlı idim. Lakin peşəkar fəaliyyətlərində kifayət qədər təcrübəli olan digər jurnalist həmkarlarımla birlikdə işimi ən yüksək səviyyədə yerinə yetirməyə çalışdım”.
Nadia Caninin sözlərinə görə, Prezident Sarayında olmaq, dövlət başçısı görüşmək və onun beynəlxalq qlobal siyasət, eləcə də Azərbaycanın bütün proseslərdə tutduğu mövqe ilə bağlı fikirlərini öyrənmək onun dəyərli təcrübə olub.
“Təxminən üç saat davam edən müsahibədən sonra qısa müddət ərzində Prezidentlə fərdi ünsiyyət qurmaq imkanımız da oldu. Onunla əl sıxışdıq, xatirə fotoları çəkdirdik.
Prezident İlham Əliyev son dərəcə səmimi, peşəkar və mehriban insandır. Bu müsahibə mənim üçün unudulmaz bir təcrübə oldu.
Qeyd etdiyim kimi, bu tip müsahibədə ilk dəfə idi ki, iştirak edirdim əldə olunan nəticədən çox məmnunam”.
