Modern.az

"Mediada Azərbaycan dili" təlimləri keçirilib

"Mediada Azərbaycan dili" təlimləri keçirilib

Media

10 Yanvar 2026, 16:42

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərə bu gündən başlayıb.

Modern.az xəbər verir ki, təlimlərin ilk günündə ustad dərslərini Əməkdar artist Nərgiz Cəlilova, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, diktor Rafiq Həşimov və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli keçiblər.

Aparıcılar üçün nəzərdə tutulan təlimlərdə nitq mədəniyyəti, canlı yayım zamanı diqqət edilməli əsas məqamları Nərgiz Cəlilova və Rafiq Həşimov izah edib. Müxbir və redaktor qrupları üçün təşkil olunan dərslərdə isə Nadir Məmmədli Azərbaycan dilinin qrammatik normalarına düzgün əməl olunması və dilçilik məsələləri mövzusu ətrafında müzakirələr aparıb.

Qeyd edək ki, təlimlərin məqsədi mediada Azərbaycan dilinin düzgün və səlis istifadəsinin təşviq edilməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır