Modern.az

Xərçəngdən əziyyət çəkən jurnalist: köməyə ehtiyacı var

Xərçəngdən əziyyət çəkən jurnalist: köməyə ehtiyacı var

Media

22 Yanvar 2026, 13:50

Jurnalist Gülşən Şərif xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkir. Modern.az-ın məlumatına sosial şəbəkədə jurnalistlə bağlı kampaniya başladılıb. Məqsəd kimyaterapiyalar üçün maddi yardıma ehtiyac duyan Gülşən Şərifi dəstəkləməkdir.

“Bakıvaxtı.az”la əməkdaşlıq edən jurnalist 12 həftəlik kimyaterapiya seansının 3-cü həftəsini bitirib. Qarşıda onu daha 9 kimyaterapiya seansı və bir əməliyyat gözləyir. Lakin onun maddi durumu bu müalicələri qarşılamağatam  yetmir.

Anası və xalasını xərçəngdən erkən itirən G.Şərfin özü də indi bu xəstəliklə mübarizə aparır. O, 3 yaşlı bir qız anasıdır.

Jurnalistin bank hesabı: 4169 7388 9054 9276.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır