Modern.az

Günel Gözəlova işdən çıxdı

Günel Gözəlova işdən çıxdı

Media

3 Fevral 2026, 12:40

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

G.Gözəlovanın media subyektləri ilə səmərəli əlaqələrin qurulması, konfederasiyanın fəaliyyəti ilə bağlı məlumatların hazırlanması və ictimaiyyətə çatdırılması sahəsindəki səyləri AHİK rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Buna görə də o, AHİK-də işlədiyi müddət ərzində iki dəfə təşəkkürnamə ilə təltif olunub. 

Qeyd edək ki, G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. (İqtisadiyyat.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!