Modern.az

"Teleqraf"ın 14 yaşı tamam olur

"Teleqraf"ın 14 yaşı tamam olur

Media

7 Fevral 2026, 12:52

Bu gün "Teleqraf" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 14 il ötür.

Modern.az xəbər verir ki, "Teleqraf" informasiya agentliyi olaraq 2025-ci il fevralın 7-də 2012-ci ildə fəaliyyətə başlamış "Gündəlik Teleqraf qəzeti və Teleqraf.com xəbər portalının bazasında yaradılıb.

"Teleqraf" Azərbaycanda bütün sahələrdə və mövzularda baş verən hadisələri obyektiv, dəqiq və peşəkar formada işıqlandırmağa çalışır.

Agentlik həmçinin Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri diqqətdə saxlayır, operativ xəbərlər yayır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.

Modern Media Qrupun kollektivi "Teleqraf"da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?