Modern.az

"MediaTürk" ailəsi 400 min oldu!

"MediaTürk" ailəsi 400 min oldu!

Media

Bu gün, 15:24

“MediaTürk" TV-nin "YouTube" platformasında abunəçi sayı 400 minə çatıb.

Modern.az xəbər verir ki, qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, “MediaTürk" TV ölkənin ictimai-siyasi və xəbər yönümlü "YouTube" platformasında özünəməxsus yer tutaraq geniş izləyici auditoriyası qazanıb. Kanal operativ və obyektiv informasiya təqdimatı ilə diqqət çəkərək bu sahədə öncül platformalardan birinə çevrilib.

Bu uğur peşəkar komandanın zəhmətinin, xəbərlərin operativ və qərəzsiz şəkildə təqdim edilməsinin, eləcə də tamaşaçıların göstərdiyi etimadın nəticəsi kimi qiymətləndirilir.

Türk dünyasının mediakörpüsü olmağı hədəfləyən “MediaTürk" 2021-ci il mayın 28-də fəaliyyətə başlayıb və qısa müddətdə rəqəmsal media məkanında öz mövqeyini möhkəmləndirib.

“MediaTürk" TV-nin baş redaktoru Heydər İsmayıldır.

Bu münasibətlə Modern.az kollektivi “MediaTürk" TV-nin bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar, daha geniş izləyici auditoriyası və davamlı inkişaf arzulayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada