Bu gün “APA Group”a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 15 il ötür.
Modern.az bildirir ki, portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır.
Kulis.az Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.
Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.
Kulis.az müsabiqələr də təşkil edir.
Modern.az kollektivi də həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!