Modern.az

Redaktor.az-ın 7 yaşı oldu - Baş redaktorun təəssüratları

Redaktor.az-ın 7 yaşı oldu - Baş redaktorun təəssüratları

Media

Bu gün, 12:18

Bu gün Redaktor.az xəbər portalının 7 yaşı tamam olub.

Modern.az-ın məlumatına görə, Redaktor.az  2019-cu il aprelin 10-da yaradılıb.

Saytın baş redaktoru Aqil Aslan Redaktor.az-ın 7 yaşı ilə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, 10 aprel tarixi sayt üçün adi gün deyil, zəhmətin, prinsipiallığın və etimadın 7 illik yoludur.

“2019-cu il aprelin 10-da başlanan bu yol qısa müddət ərzində böyük bir media platformasına çevrilib. Hər gün hazırlanan xəbərlər, aparılan araşdırmalar, təqdim olunan təhlillər bu yolun ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində Redaktor.az təkcə informasiya ötürən platforma deyil, həm də cəmiyyətin nəbzini tutan, hadisələrə obyektiv və peşəkar yanaşan bir söz məkanı kimi formalaşıb.

Fəaliyyətimiz boyunca heç bir sifariş yerinə yetirmədən, kiminsə şərəf və ləyaqətinə toxunmadan, yalnız peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq çalışmışıq. Bu, bizim dəyişməz mövqeyimizdir və bundan sonra da belə davam edəcəyik.

Bu uğurun arxasında böyük zəhmət dayanır. Redaktor.az-da əməyi keçmiş və bu gün də fəaliyyət göstərən bütün əməkdaşlara, tərəfdaşlarımıza və bizə inanan oxucularımıza dərin təşəkkürümü bildirirəm. Sizin etimadınız bizim üçün ən böyük dəyər və motivasiyadır.

7 il ərzində dəyişən çox şey olsa da, dəyişməyən prinsiplərimiz var: qərəzsizlik, obyektivlik və operativlik. Bu yol davam edir – daha böyük hədəflərlə və daha güclü addımlarla.

7 il ərzində bizimlə olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, portalın təsisçisi Seymur Şeydayev, baş redaktoru isə Aqil Aslandır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!