Modern.az

Jurnalist imza vərəqələrini DSK-ya təhvil verib

Jurnalist imza vərəqələrini DSK-ya təhvil verib

Media

4 Oktyabr 2010, 16:55

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Müstəqil İnformasiya Agentliyinin (MİA) redaktoru Zaur Əhməd bu gün imza vərəqələrini DSK-ya təqdim edib. Bu barədə Modern.az-a məlumat verən jurnalist bildirib ki, imza toplamada ciddi problem yaşanmayıb. Onun sözlərinə görə, DSK-nın imzaların həqiqiliyini təsdiqləyəcəyinə inanır.
MİA-nın redaktoru deyib ki, əslən Cəbrayıl rayonundan olduğu üçün seçicilərini yaxşı tanıyır: “Cəbrayıl 17 il əvvəl işğal olunub. Cəbrayıllıların üzləşdiyi problemlər mənə yaxşı tanışdır. Həmyerlilərimin hüquqlarını qorumaq, onların dərdinə şərik çıxmaq üçün namizədliyimi irəli sürməyə qərar vermişəm”.
 

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi