Modern.az

Arif Alışanov Qulu Məhərrəmlini bu maddələrlə cəzalandırmaq istəyir

Arif Alışanov Qulu Məhərrəmlini bu maddələrlə cəzalandırmaq istəyir

Media

9 Mart 2016, 14:54


Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Arif Alışanovun tanınmış jurnalist Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiası qaldırdığı barədə xəbər vermişdik. Artıq Q.Məhrrəmlinin  Cinayət Məcəlləsinin hansı maddələri üzrə ittiham edildiyi də məlum olub.

Modern.az xəbər verir ki, bu barədə vəkil Rəşid Hacılı bildirib. Rəşid Hacılının sözlərinə görə, AzTV sədri Arif Alışanov Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən Qulu Məhərrəmli barəsində Nəsimi rayon Məhkəməsinə müraciət edib.  Arif Alışanov həmin maddələrlə  Qulu Məhərrəmli barəsində cinayət işi başlanmasını tələb edir.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə