Modern.az

Prezident Qarabağ əlillərinə ev verdi

Prezident Qarabağ əlillərinə ev verdi

24 Dekabr 2010, 14:20

 Dekabrın 24-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilib. (AzərTAc)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevə məlumat verib ki, inşasına 2008-ci ilin dekabrında başlanmış binanın ümumi sahəsi 11 min 814 kvadratmetrdir. Binada 81 mənzil var ki, onlardan da 72-si ikiotaqlı, 9-u üçotaqlıdır. Burada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait var.

Prezident İlham Əliyev yeni binadakı mənzillərdə yaradılmış şəraitlə tanış oldu, tapşırıq və tövsiyələrini verib.
Sonra paytaxtın Xəzər rayonunun Pirallahı qəsəbəsində və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində inşa olunmuş yaşayış binalarının açılış mərasiminin iştirakçıları ilə canlı videobağlantı yaradılıb. Hər iki açılış mərasiminin iştirakçıları adından dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə edilib.

Prezident İlham Əliyev Sabunçu rayonunda əlil və şəhid ailələri üçün inşa olunacaq 9 mərtəbəli, 243 mənzilli yaşayış kompleksinin maketi ilə tanış olub. Sonra dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?