Modern.az

İlham Əliyevin ad günü üçün bişirilən 49 metrlik tort kəsilib (fotolar)

İlham Əliyevin ad günü üçün bişirilən 49 metrlik tort kəsilib (fotolar)

Təhsil

24 Dekabr 2010, 14:40

Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 49 yaşının tamam olması münasibətilə Gəncədə 49 metrlik tort kəsilib.

"Azadlıq" radiosunun məlumatına görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edib. O, şəhər əhalisini prezidentin 49 yaşının tamam olması, qarşıdan gələn Yeni İl və 31 Dekabr- dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edib. 
Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tortun hazırlanması üçün təxminən 2 ton un, 29 min yumurta, 350 litrə qədər süd, 350 kq qatılaşdırılmış süd, 400 kq-a yaxın qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem şanti, 400 kq karamel sərf olunub. Tort üçün 60 ədəd şəkil, müxtəlif fiqurlar hazırlamaq üçün 40 kq xüsusi xəmir, 100 kq saxarin və 400 kq bişmiş xəmiri təzə saxlayan xüsusi maddədən istifadə edilib.

Tortun hazırlanması ideyası şəhər icra hakimi Eldar Əzizova aiddir.

Bu ənənə artıq üç ildir davam edir və hər il tortun uzunluğu 1 metr artır

 

 

 

 

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır