Modern.az

86 sahibkar cərimələnib

86 sahibkar cərimələnib

24 Dekabr 2010, 15:53

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 928, mikrobioloji göstəricilərinə görə 959, toksikoloji göstəricilərinə görə 272, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 21-də orqanoleptik və fiziki-kimyəvi, 7-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən götürülmüş 4431 yaxma nümunəsinin 58-də, mikrobioloji çirklənmə aşkar edilib. Myayinə olunmuş 184 soyuq qəlyanaltı nümunəsində normadan kənara çıxma aşkar edilməyib.

Noyabr ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş verib, 60 nəfər zərərçəkən olub. O cümlədən 3 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub. Botulizm hadisələri məişət şəraitində hazırlanmış xiyar turşusunun qəbulu nəticəsində baş verib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...