Modern.az

Medvedev və Saakaşvili Əliyevi təbrik ediblər

Medvedev və Saakaşvili Əliyevi təbrik ediblər

Təhsil

24 Dekabr 2010, 16:08

Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rusiya Federasiyasının Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirib.
Dövlət başçıları 2010-cu ili ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il kimi dəyərləndirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

AzərTAc-ın məlumatına görə, dekabrın 24-də Gürcüstan Prezidenti Mixail Saakaşvili də İlham Əliyevə telefonla zəng edib.
Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Mixail Saakaşviliyə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı