Modern.az

İlham Əliyev və Mehriban xanım ceyran sürüsünü izlədilər...(FOTOLAR)

İlham Əliyev və Mehriban xanım ceyran sürüsünü izlədilər...(FOTOLAR)

Təhsil

24 Dekabr 2010, 18:48

Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyiblər. (AzərTAc)
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ceyranların tarixi məskənləri sayılan ərazilər və bu sahədə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxıb.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxıb. Prezident İlham Əliyev ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış olub.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Cəngiçay-Qobustan yasaqlığının ərazisinə buraxıblar.

 

 

 

 

 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə