
Niyazi, İstiqlaliyyət və Əziz Əliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az saytına verilən məlumata görə, buna səbəb Formula 1 yarışlarına hazırlıq işləri ilə bağlıdır:
“Bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədar Niyazi, İstiqlaliyyət və Əziz Əliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb”.
Gülşən RAUFQIZI