Modern.az

Hərbi sahəyə ən çox pul ayıran ölkələr - SİYAHI

Hərbi sahəyə ən çox pul ayıran ölkələr - SİYAHI

5 Aprel 2016, 10:51

2015-ci ildə dünyada hərbi xərclərin miqdarı ondan əvvəlki illə müqayisədə 1% artaraq 1,676 trilyon dollar təşkil edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Stokholm Dünya Problemlərinin Həlli İnstitutunun hesabatında deyilir ki, dünyadakı hərbi xərclər 2011-ci ildən bəri ilk dəfə artıb.

Ötən il ən çox hərbi xərclər ABŞ-ın 36% (596 milyard dollar), Çinin 13% (215 milyard dollar), Səudiyyə Ərəbistanının 5,2% (87,2 milyard dollar) payına düşüb.

Rusiya isə xərclədiyi 66,4 milyard dollar məbləğlə dünyada 4-cü pilləni tutur.

Beşiliyi Böyük Britaniya (55,5 milyard dollar) qapayır.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir