
“Bu dəqiqələrdə Ağdərənin Madagiz məntəqəsinin əsgərlərimiz tərəfindən dağıdılması xəbərini mənə çatdırdılar. Çox sevindim. Doğum günümü təbrik edənlər həm də qələbə xəbərləri ilə məni təbrik edirlər”.
Bunu Modern.az-a açıqlamasında 1992-93-cü illərdə Azərbaycanın baş naziri olmuş Rəhim Hüseynov deyib.Onun sölərinə görə qısa zaman ərzində biz öz torpaqlarımızı azad edə bilərik.
“Çünki bununla bağlı 1993-cü ildə BMT-nin qərarında da deyilib ki, bütün torpaqlar Azərbaycana məxsusdur. Belə başlamışıqsa bu o deməkdir ki, erməniləri torpaqlarımızdan tezliklə birdəfəlik təmizləyəcəyik. Ermənilər bilməlidirlər ki, özgə torpaqlarından onlara heç zaman vətən, yurd olmayacaq”.
Rəhim Hüseynov 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailəsində doğulub.
O, 1962-1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışıb.
R.Hüseynov 1965-1974-cü illərdə Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974-1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində 24 il işləyib.
1989-1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olub.
R.Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır. AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedib.
Namidə BİNGÖL