
Gürcüstanda NATO həftəsi çərçivəsində keçirilən Xalq Diplomatiyası Forumu zamanı prezident Georgi Marqvelaşvili döyüşən cəbhədə tərəflərə müraciət edib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, gürcü prezidenti “Azərbaycan və Ermənistan prezidentləri yaranmış gərginliyin aradan qaldırılması üçün maksimum səy ortaya qoymalıdır” – deyə açıqlama verib.“Biz çox ümid edirik ki, beynəlxalq birliyin yardımı ilə Azərbaycan və Ermənistan rəhbərləri yaranmış gərginliyi sülh yolu ilə çözəcəklər”.
Vüqar İsmayılov