Modern.az

Deputat maaşının bir hissəsini orduya verəcək

Deputat maaşının bir hissəsini orduya verəcək

Təhsil

5 Aprel 2016, 12:33

Milli Məclisdə Dağlıq Qarabağ ətrafında gedən döyüşlərlə bağlı müzakirələr davam edir.

Modern.az xəbər verir ki, deputat Qüdrət Həsənquliyev qeyd edib ki, öz əməkhaqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək.  

O, öz həmkralarına da bu addımı atmağa çağırış edib:

“Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir”.

O təklif edib ki, Milli Məclis adından müraciət qəbul olunmalıdır:  

“Əgər erməni anaları əsgərlərin məhv olmasını istəmirlərsə, Sarkisyan hakimiyyətinə “yox” desinlər. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra danışıqlar baş tuta bilər”.  

Deputat Qənirə Paşayeva bildirib ki, Silahlı Qüvvələrimiz gərəkən cavabı verərək, Azərbaycan ordusunun, dövlətinin, xalqının gücünü göstərdi.

“Bu məsələdə Azərbaycan xalqı ali baş komandan və ordumuzun yanındadır. Ermənilərin xülyaları var idi ki, Azərbaycan gəncləri böyüyəcək və onların işğal olunmuş rayonlara istəyi olmayacaq. Amma Azərbaycan ordusu və şəhidi cavab verdi ki, biz işğal olunmuş bölgələrimizi unutmayacağıq. Qüdrət Həsənquliyevin Silhalı Qüvvələrə Yardım Fonduna dəstəyinə mən də qoşuluram. Lakin diasporumuza, oradakı gənclərə səslənmək istəyirəm ki, informasiya müharibəsində geri qalmayaq. Erməni diasporu özlərinin etdikləri vəhşilikləri Azərbaycanın ayağına yazır və bu istiqmaətdə işlərini görürlər. Gənclərimiz, diasporamız sosial mediada aktiv olmalıdır”.

Milli Məclis sədri Oqtay Əsədov qeyd edib ki, təmas xəttində yaşayan mülki əhali gərginlik zamanı kəndlərdən çıxmadı.

“Hər kəs yerindədir. Lakin Azəbaycanın bir cavab atəşi ilə ermənilərin hamısı Ağdərədən Şuşaya qədər çıxıb qaçdı. Prezident dəfələrlə deyib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesi deyil və bu istiqamətdə görülən işlər bunun nəticəsidir”.  

Aytən Zəhra

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı