Modern.az

İŞİD Avropa paytaxtlarını yeni terrorla hədələdi

İŞİD Avropa paytaxtlarını yeni terrorla hədələdi

5 Aprel 2016, 15:10

İraq-Şam İslam Dövləti (İŞİD) tərəfdarlarının yaydığı yeni videoda London, Berlin və Romada terror aktları törədilməsinə çağırış səslənir.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, video “Onlarla savaşın, Allah onları sizin əlinizlə cəzalandıracaq” adlanır.

Video çarxda  ekstremistlərə “harada əlinizə düşdü kafirləri öldürün” çağırışı da yer alır.

Paris və Brüsseldə, eləcə də 2001-ci ildə ABŞ-da törədilən terror aktlarından kadrlar göstərildikdən sonra kadr arxasındakı səs bundan əvvəlki terror aktlarının İŞİD-lə mübarizə aparan xalq lar üçün ibrətamiz məlumat olduğunu vurğulayır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub