Modern.az

Valideynlər bilmirlər ki, "Coca-cola" uşaqlara nə qədər zərərlidir...

Valideynlər bilmirlər ki, "Coca-cola" uşaqlara nə qədər zərərlidir...

Təhsil

26 Dekabr 2010, 15:16

ABŞ-ın Nebraski Universitetinin tibb mərkəzinin alimləri belə hesab edirlər ki, uşaqların kofein qəbul etməsi onlarda yuxu pozulmasına səbəb olur. Alimlər müəyyən ediblər ki, uşaqların üçdə iki hissəsi hər gün kofein tərkibli qidalardan və içkilərdən istifadə edirlər. Valideynlər isə kofeinin onların uşaqlarına nə qədər ziyan verməsindən xəbərdar deyillər. Doktor Uliyam Barzak və onun həmkarları yaşı 5-dən 12-yə qədər olan 200-dən çox uşağı tədqiqata cəlb edib. Müəyyən edilib ki, yaşı 5-dən 12-yə qədər olan uşaqlar gündə təxminən 109 milliqram kofein qəbul edirlər. Bu da 3 kola bankası ekvivalentinə bərabərdir. 5 yaşında olan uşaqlar isə gündə təqribən bir banka kola içirlər. Tədqiqatçılar belə hesab edirlər ki, kofeinin stimullaşdırıcı təsiri uşaqlarda sinir sisteminin inkişafı üçün ziyan vurur, yuxu pozulmasına səbəb olur. Bundan başqa, məlumdur ki, uşaqların doyunca yatmaması onların boy artımından qalmasına və fiziki inkişafının zəifləməsinə, hətta ürək-damar xəstəliklərinə gətirib çıxarır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə