Modern.az

Sanders və Kruz ilkin seçkilərdə qələbə çaldı

Sanders və Kruz ilkin seçkilərdə qələbə çaldı

6 Aprel 2016, 10:44


Texas ştatının respublikaçı senatoru Ted Kruz Viskonsion ştatında pyamerizlərdə  qələbə qazanıb.

Modern.az  xarici KİV-nə istinadən xəbər verir ki, bu ştatda demokratlar arasında cüzi səs çoxluğu ilə Berni Sanders qələbə çalıb.

Son nəticələrə görə, Kruz 10 ştatda qalib ola bilib. Onun əsas rəqibi olan Donald Tramp ilkin nəticələrə hələ də liderlik edir.

Milyarder Donald Tramp namizəd kimi ABŞ-da qanunsuz yolla abort etdirən qadınların cəzalandırılmasını təklif etdikdən sonra qadın seçicilərin əhəmiyyətli bir hissəsini itirib.

Trampın nüfuzuna daha bir zərbə onun kampaniyasının meneceri Kori Levandovskinin qalmaqalıyla vurulub.  Belə ki, menecer seçkiqabağı tədbirlərin birində jurnalistə hücum etməkdə ittiham olunur.

"Reuters" agentliyinin aprelin əvvəlində keçirdiyi sorğuya görə, Ted Kruz və Donald Trampın ölkədəki reytinqi demək olar bərabərləşib.

Analitiklər Kruzun qələbəsini Respublikaçılar Partiyasının liderlərinin uğuru kimi qiymətləndirir.

Növbəti ilkin seçimlər ABŞ-ın şimal-şərqindəki böyük ştatlarda keçiriləcək. Bu ştatlardakı sorğulara əsasən, Tramp kifayət qədər böyük üstünlüyə malikdir.

Qeyd edək ki, ABŞ-ın Viskonsion ştatında demokratların namizədi Berni Sanders qələbə qazansa da, o, əsas rəqibi olan ABŞ-ın sabiq dövlət katibi Hillari Klintondan xeyli geri qalır. 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər