Modern.az

“RUH”: “İsa Qəmbərin mükafatdan imtina etməsindən xəbərimiz yoxdur”

“RUH”: “İsa Qəmbərin mükafatdan imtina etməsindən xəbərimiz yoxdur”

Media

27 Dekabr 2010, 14:25

“RUH” Jurnalistləri Müdafiə Komitəsi Müsavat başqanı İsa Qəmbərin “Jurnalistlərin dostu” mükafatından imtina etməsi barədə qərarını şərh etməkdən imtina edib.
“Müsavat başqanı İsa Qəmbərin “Jurnalistlərin dostu” mükafatından imtina etməsi barədə heç bir şərh verə bilmərik. Bizdə bu barədə heç bir məlumat yoxdur”.
Bu sözləri Modern.az-a açıqlamasında “RUH” Jurnalistlərin Müdafiə Komitəsinin sədri Əvəz Rüstəmov deyib.

Onun sözlərin görə, mükafatı almış İsa Qəmbərin və digər qaliblərin - Sirus Təbrizlinin, Əli Kərimlinin, Nazim İmanovun qarşıdakı günlərdə təşkil ediləcək mərasimə dəvət ediləcəyi ilə bağlı məsələ hələ dəqiqləşməyib.

““Jurnalistlərn dostu” mükafatının təqdimat mərasiminin yeri və vaxtı dəqiqləşdirilməyib, bununla bağlı hələlik müzakirlər aparılır”-deyən Ə.Rüstəmovun sözlərinə görə, mərasimlə bağlı geniş məlumat  ictimaiyyətə çatdırılacaq.

Ə. Rüstəmov qeyd edib ki, dəvət olunacaq şəxslərin siyahısı üzrə iş aparılır. “Kimlərin bu mərasimə dəvət olunacağı tərəfimizdən müəyyənləşdirilir”.

Qeyd edək ki,  ilk dəfə 1997-ci ildə keçirilən mükafata əvvəlcə Nazim İmanov, sonrakı illərdə Siruz  Təbrizi, İsa Qəmbər, Əli Kərimi, Heydər Əlyev və nəhayət sonuncu dəfə bu il prezident İlham Əliyev layiq görülüb.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi