Modern.az

Azərbaycan OPEK-in iclasına dəvət aldı

Azərbaycan OPEK-in iclasına dəvət aldı

Təhsil

7 Aprel 2016, 13:30

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya və iranlı həmkarları ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında ölkəmizin aprelin 17-də Doha şəhərində OPEK-in (neft ixrac edən ölkələr birliyi) keçirəcəyi iclasa dəvət aldığını bildirib.

Modern.az xəbər verir ki, Elmar Məmmədyarov rəsmi Bakının neftin hasilatı ilə bağlı önəmli qərarların veriləcəyi həmin iclasda iştiraka razılıq verdiyini bildirib.

Xatırladaq ki, 17 apreldə Qətərin paytaxtı Dohada keçiriləcək iclasa təşkilata üzv olmayan Rusiya və Qazaxıstan da dəvət alıb.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı