
İran, Rusiya və Azərbaycan Bakıdakı üçtərəfli görüşdə kəşfiyyat xətti üzrə əməkdaşlıq etmək barədə razılıq əldə edib.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Cavad Zərif deyib.
“Bəzi sahələrdə, o cümlədən kəşfiyyat sahəsində nazirliklər üçtərəfli razılıq əsnasında əməkdaşlıq edirlər”.
İranlı nazir əməkdaşlıq üçün uğurlu başlanğıcın qoyulduğunu deyib.
Vüqar İsmayılov