Modern.az

Elmar Məmmədyarov: “Qoşunlar təmas xəttindən geri çəkilməlidir”

Elmar Məmmədyarov: “Qoşunlar təmas xəttindən geri çəkilməlidir”

Təhsil

7 Aprel 2016, 14:29

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qoşunların Qarabağdakı təmas xəttindən qarşılıqlı şəkildə geri çəkilməsinin vacib olduğunu deyib.

Modern.az xəbər verir ki, onun sözlərinə görə hər gün baş verən gecikmələr yeni insan həyatına bais olur.

“Bu konflikt qısa zamanda həll yolu tapılmalı, irəliləyiş təmin olunmalıdır. Çünki hər gün baş verən gecikmə insan həyatına bais olur. Məsələyə konkret yanaşılmalıdır. Hərbi qüvvələr tezliklə öz kazarmalarına qayıtmalıdır, bu nə qədər tez olarsa, o qədər yaxşıdır”.

İran xarici işlər naziri Cavad Zərif və Rusiya xarici işlər naziri Sergey Lavrov da bu məsələ ilə razılıqlarını ifadə ediblər.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı