Modern.az

Türkiyədə şirkət əməkdaşları Azərbaycanı belə dəstəklədi - FOTO

Türkiyədə şirkət əməkdaşları Azərbaycanı belə dəstəklədi - FOTO

Təhsil

7 Aprel 2016, 16:57

 

Son günlər Ermənistan-Azərbaycan təmas xəttində yaşanan 3 günlük elan olunmamış müharibə bir daha  sübut etdi ki, Ermənistan torpaqlarımızdan geri çəkilməlidir.  

Savaşda Azərbaycan ordusunun qətiyyətli mövqeyinə qarşı  Azərbaycanın hər bir yerində dəstək aksiyaları keçirilməkdə davam edir. Hətta, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da “Qarabağ bizimdir”, “Erməni terroruna son” kimi şüarlarla küçələrə axışıblar.

Qonşu Türkiyədə də bu cür aksiyalar davam edir.  

Modern.az xəbər verir ki, Türkiyədə şirkətlərdən birinin əməkdaşları Qarabağda gedən savaşdan sonra dəstək məqsədi ilə “Qarabağda terrora yox” şüarlarını səsləndirərək kiçik aksiya keçiriblər. 

Aksiyada iştirak edən Türkiyə vətəndaşları Rəmzi Özyürək, Sinan Örən, Engin Yıldırım, Can Sədalı, Özgür Akman erməni zorakılığına, erməni terroruna qarşı əllərində kiçik plakatlarla etirazlarını bildiriblər.  


Namidə BİNGÖL  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı