
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən “Ədalət və həqiqət” mediaforumunda çıxış edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin öz ən böyük arzusundan danışıb.
“Rusiyanın müstəqil, müasir, effektli və gələcəyə baxan güclü dövlət olması arzumdur”.
Rusiya prezidenti yaxşı filmləri sevdiyini deyib.
“Rusiyada yaxşı vətənpərvər filmlər var. Bondarçukun “Hərb və Sülh” filmini şedevr hesab edirəm. Eyni zamanda BBC telekanalının sonuncu “Hərb və Sülh” filmi də xoşuma gəlib”.
Rusiya prezidenti kinomatoqrafiyada əsas şeyin xoş başlanğıc və sevgi olduğunu deyib.
Vüqar İsmayılov