“Rusiya əlindən gələni edəcək. Dağlıq Qarabağda sülhün və tərəflər arasında əlaqə imkanının saxlanılması üçün səylərini əsirgəməyəcək”. Modern.az saytı RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistanda ölkənin baş naziri Ovik Abramyanla görüşdə bildirib.
“Dağlıq Qarabağda 1994-cü ildən bəri belə ciddi insident olmamışdır. Bu səbəbdən, biz Rusiyanında iştirakı ilə əldə olunan sülh razılaşmalarını əsas götürərək, münaqişənin mümkün həllini axtarmaq məcburiyyətindəyik”, -Medvedev deyiib.
O əlavə edib ki, məsələ çox ciddidir. “Əsas sülhün və tərəflər arasında əlaqə imkanının saxlanılmasıdır. Rusiya bunun üçün əlindən gələni edəcək”.
Modern.az