Modern.az

Həmsədrlər Xankəndində sülhə çağırış etdi

 Həmsədrlər Xankəndində sülhə çağırış etdi

Təhsil

7 Aprel 2016, 21:47

 

Ermənistanın işğalı altında olan Azərbaycanın Xankəndi şəhərində səfərdə olan  ATƏT-in Minsk Qrupunun həmsədrləri separatçı rejimin nümayəndələri ilə görüş zamanı  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd ediblər. Modern.az saytının “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə həmsədrlər Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) iştirak ediblər.    

“Həmsədrlər münaqişənin dinc yolla həllinin zəruriliyini bir daha təsdiq edərək, bu istiqamətdə gələcək addımların perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir. 

Görüşdə, həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi  Anjey Kaspşik də iştirak edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı