Ermənistan prezidenti Serj Sərkisyan separatçı “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımamalarını güzəşt adlandırıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, “DQR”in müstəqilliyinin tanınması erməni tərəfinin danışıqlardan imtina etməsi demək olardı.
Sərkisyan həmçinin qeyd edib ki, onun ölkəsi vəziyyəti daha da gərginləşdirməmək üçün separatçı “Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağı planıaşdırmır.
Ermənistan prezidenti əlavə edib ki, erməni tərəfi hərbi əməliyyatların başlanmasını gözləyirdi və döyüşlər başlayandan üç gün sonra atəşin dayandırılması təsadüf deyil.
Modern.az