Modern.az

Kopenhagendə Ermənistan səfirliyi önündə etiraz aksiyası - FOTOLAR

Kopenhagendə Ermənistan səfirliyi önündə etiraz aksiyası - FOTOLAR

Təhsil

8 Aprel 2016, 10:42

Danimarkada yaşayan azərbaycanlılar son günlər Ermənistan ordusu  tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz məqsədi ilə Ermənistanın Danimarkadakı səfirliyi qarşısında aksiya keçirib. Modern.az xəbər verir ki, Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı  “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan  etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.

İştirakçılar aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində  Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyib. Çıxışçılar həmçinin, Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıb.

Mitinqin sonunda Ermənistan  səfirliyinə əməkdaşlarına mitinqin bəyannaməsi  təqdim edilsə də,  səfirlik əməkdaşları bəyannaməni qəbul etməkdən imtina ediblər. Səfirliyin qarşısındakı poçt qutusu bağlı olduğundan aksiya iştirakçıları bəyannaməni poçt vasitəsi ilə göndəriblər.






Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı