Modern.az

Bakıda iki avtobus toqquşdu: ölü və xeyli sayda yaralı var

Bakıda iki avtobus toqquşdu: ölü və xeyli sayda yaralı var

Təhsil

8 Aprel 2016, 11:23

Bakıda avtobus qəzası baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.


Modern.az 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı